"Belə keyfiyyətsiz idarəetmə ilə hakimiyyət çox davam etməz" Robert Koçaryan

"Belə keyfiyyətsiz idarəetmə ilə hakimiyyət çox davam etməz" Robert Koçaryan

Ermənistanın ikinci prezidenti Robert Koçaryan hazırki hakimiyyətin ömrünün çox olmadığını deyib. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Köçaryan “Ermənistanın səsi”-nin suallarını cavablandırarkən Paşinyan hakimiyyəti barədə deyib.

“Düşünürəm ki, istənilən halda hakimiyyətin bütün məsələləri barədə küçədə və erkən parlament seçkilərində qərar veriləcək. Belə bir idarəetmə keyfiyyəti, daha doğqusu keyfiyyətsizliyi ilə bu hakimiyyət uzun sürməyəcək və yenidən seçilmək üçün heç bir perspektivi yoxdur. Eyni zamanda, seçici artıq populistlərdən doymuş olacaq və öz seçimində daha səriştəli, dəqiq olacaq. Siyasi proseslərin məntiqi belədir ki, adətən uğursuz populistləri təcrübəli, təhsilli və balanslı praqmatistlər əvəz edir. Yunanıstanda keçirilən erkən parlament seçkilərinin nəticələri buna nümunə ola bilər”, deyə Robert Koçaryan fikrini əsaslandırıb.
Ermənistanın ikinci prezidenti işğalçı ölkənin regionda mövqeyinə də toxunub və bildirib ki, geosiyasi müstəvidə də ölkəsinin vəziyyəti heç də yaxşı deyil.

“Ermənistan dörd ölkə arasında sıxılıb qalıb. Türkiyə və Azərbaycanla münasibətlər, belə demək mümkündürsə, heç də yoluna qoyulmayıb. İran sanksiyaların təzyiqi altında daim ABŞ-ın qara siyahısındadır. Gürcüstan fəal şəkildə Ermənistanın qeydə alındığı və Gürcüstan ərazisindən ayrıldığı yerlə zidd olan bir geosiyasi ittifaq axtarır. Davamlı şəkildə pisləşən demoqrafik vəziyyət, qocalmaqda olan əhali problemi ilə Ermənistan üz-üzədir ki, bu ölkəni geniş miqyaslı iqtisadiyyatdan məhrum edir. Böyük transmilli korporasiyalar üçün Ermənistanı cəlbedici edən əhəmiyyətli təbii sərvətlər yoxdur. Bu siyahıya hələ Dağlıq Qarabağ problemini də əlavə etmək lazımdır”, deyə eks-prezident bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə