Ermənistanda 2025-ci ildə depopulyasiya gözlənilir, yəni ölüm sayı doğuşu üstələyə bilər. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus 1in.am saytında araşdırmalara istinadən məlumat verilir.
Məlumatda deyilir ki, 2025-ci ilin çox da uzaqda olmadığını və çox yaxın zamana təsadüf etdiyini də nəzərə almaq lazımdır. Həmçinin qeyd olunur ki, Ermənistan öz demoqrafik probleminin ciddiliyini lazımınca qiymətləndirmir.
Sözügedən sayt araşdırmalara istinad edərək vurğulayır ki, yüzlərlə, hətta minlərlə Ermənistan vətəndaşı ölkəni tərk edibsə də, problem təkcə mühacirətdə deyil. Problem ondadır ki, doğum faizi tamamilə aşağı düşüb və hətta durmadan da azalmaqdadır. Serj Sarkisyan 2017-ci ildə bəyanat versə də ki, 2040-cı ildə Ermənistan əhalisi 4 milyon olacaq, bu gün bu rəqəm özünü doğruldacağı real görünmür. Çünki, araşdırmalara görə hazırda əhalinin sayı 3 milyondan da aşağıdır.
Məxmər inqilabından sonra görüntü əlbətdə ki, dəyişdi. Bu demoqrafik deyil, psixoloji aspektdədir.
Cəmiyyət arasında, eləcə də diaspor dairələrində, Ermənistana dönmək kimi fikirlər ortaya çıxdı. Ancaq demoqrafik problemi həll etmək üçün yalnız ümid, arzu, formalaşan fikir kifayət deyil. Ümidlərin, istəklərin və formalaşan fikirlərin institusional qurulması üçün konkret mexanizmlər lazımdır.
Aydın məsələdir ki, respublikadakı demoqrafik problemi effektiv şəkildə həll etmək üçün buna bütün ermənilərin gündəmində olan bir məsələ kimi baxmaq lazım gəlirdi. Hal hazırda isə məsələ yalnız elan olunur. Ermənistanın baş naziri Nikol Pashinyan ölkə əhalisinin altı milyona çatdırılması və ya iki qat artırılması barədə əsassız danışır. Məxmər inqilabının qaynaqları nəzərə alındıqda bu rəqəm inanılmaz və ya çox cəfəngiyyat səslənir. Çünki, işğalçı ölkədə nə iqtisadiyyat, nə siyasət, nə də digər hərhansı sahə düzgün qurulmayıb. İnkişafdan, ələlxüsus iqtisadi inkişafdan söhbət belə gedə bilməz. İnvestisiyaların cəlbi, işgüzar mühitin yaradılması bu halda mümkünsüzdür. Belə olan şəraitdə isə baş nazirin və yaxud digərlərinin əhali sayının artacağı barədə danışdıqları yersiz və mənasız səslənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB