Mais Səfərli: “Birlik olmayan hər hansı bir təşkilatda irəliləyişdən və inkişafdan söhbət gedə bilməz” RƏY-ÖZƏL
“Bu gün müxalifət partiya rəhbərlərinin əsas fəaliyyətləri özlərini reklam etməkdir. Çünki müxalifətçilər bir müddət gündəmdə qalmaq üçün məhz bu cür yersiz hərəkətlərə əl atırlar”. Bu fikirləri SİA-ya “Yurddaş” partiyasının sədri Mais Səfərli müxalifətdaxili intriqalara münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, müxalifət partiya rəhbərlərinin öz varlıqlarını sübut etmək üçün dağıtdıqları blokların yerinə yenisini yaratmaq kimi məsələlərə əl atmasıdır: “Bu gün müxalifət düşərgəsində olan partiyaların potensialı tamamilə tükənib. Potensialı tükənən partiyaların da irəliliyə doğru getməsi mümkün olan məsələ deyil. Bu da nəticə etibarı ilə onların tərəfdarlarının sayını daha da azalmasına gətirib çıxaracaqdır. Qısası, bu partiyalar meydanda tək-tük adamlarla qalıb. Təbii ki, onlara havadarlıq edən bəzi dairələrdə var ki, həmin qüvvələr bu partiyaları vaxtaşırı birliklər yaratmağa sövq edirlər”. Mais Səfərli hesab edir ki, müxalifət partiyalarının qısa müddət ərzində dağılmasının bir çox səbəbləri var: “Başlıca səbəblərindən biri müxalifət partiyalarına rəhbərlik edən şəxslərin şəxsi ambisiyalarının olmasıdır ki, bu partiyaların zəif və çıxılmaz bir vəziyyətə salaraq dağılmasına gətirib çıxarır. Belə ki, hər zaman, mütəmadi şəkildə müxalifət partiyaları arasında qarşıdurma və çəkişmələr olub. Yəni bu kimi amillər artıq müxalifətdə ənənəvi xarakter alıb. Bu da müxalifət düşərgəsində olan partiyaları ortaq bir məxrəcə gələ bilməməsinə gətirib çıxarır. Çünki müxalifət partiya rəhbərləri bir-birinə güzəştə getmək istəmirlər. Belə olan halda da, həmin partiyalar daxilində bu cür başa düşülməyən bir vəziyyət yaranır. Ümumiyyətlə, bu gün müxalifətçilərin biri-birini təhqir etmək, gözdən salmaqla ifşa etmələridir ki, bu kimi faktorlar onların hədsiz dərəcədə zəifləməsinə gətirib çıxarır. Bu gün onların ayrı-ayrılıqda güc mərkəzinə çevirmək cəhdləri də uğursuzluğa səbəb olur. Çünki müxalifət daxilində birlik yoxdur. Birlik olmayan hər hansı bir təşkilatda irəliləyişdən və inkişafdan söhbət gedə bilməz. Amma buna baxmayaraq, yenə də müxalifətçilər öz çirkin əməllərindən əl çəkmir. Yəni müxalifət rəhbərlərini düşündürən əsas məsələ, qarşı tərəfi kiçiltməklə özlərini böyütməkdir. Bütün bunları nəzərə alaraq demək olar ki, müxalifət liderləri özləri-özlərinin axırına çıxırlar”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB