Ermənistana narkotik daşıyan İran vətəndaşı yaxalanıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan-İran sərhədinin Aqarak sərhəd buraxılış məntəqəsində Ermənistan Dövlət Gəlirlər Komitəsinin qaçaqmalçılıq əleyhinə şöbəsinin əməkdaşları narkotik maddələr idxalı cəhdinin qarşısını alıblar.
Məlumatda qeyd olunur ki, Ermənistan Cinayət Məcəlləsinin 267.1-ci (narkotik vasitələrin və ya psixotrop maddələrin istehsalı, əldə edilməsi, saxlanması, qeydiyyatı, buraxılması, daşınması və ya ötürülməsi qaydalarının pozulması) maddəsi ilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdi ilə əlaqədar cinayət işi başlanıb. Hal hazırda İran vətəndaşı həbs olunub.
Artıq neçənci dəfədir ki, Aqarak sərhəd buraxılış məntəqəsində narkotik vasitlərinin Ermənstana keçirilməsi cəhdi aşkarlanır. Görünür, narkotik ticarətçiləri qaçaqmalçılıq və bu ticarətin optimal şəkildə reallaşdırılması üçün Ermənistanı seçirlər və bu işğalçı ölkəni qanunsuz ticarət üçün ən münasib hesan edirlər. Bu isə öz növbəsində təbii ki, stabilliyin və təhlükəsizliyin olmamasını təsdiqləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB