Kifayət qədər tostlar və təriflər var, lakin işlə məşğul olmaq lazımdır. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu tert.am-a müsahibəsində Gürcüstanın Qara Dəniz Mətbuat Agentliyinin baş redaktoru, gürcü siyasi şərhçisi Gela Vasadze söyləyib.
Siyasi şərhçi bildirib ki, bu, Ermənistan Xarici İşlər Nazirinin Gürcüstana ilk rəsmi səfəri idi. O qeyd edib ki, baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra şəxsən dəfələrlə Gürcüstana səfər etməsinin fonunda Ermənistan Xarici İşlər Nazirinin bu vaxt ərzində ilk səfəri qəribədir.
Gürcüstanlı siyasi şərhçi qeyd edib ki, mən onların işinin konkret nəticələrini görmək istərdim.
İki ölkə arasındakı münasibətlərin nəyə ehtiyacı olduğuna gəldikdə, gürcü analitikinin fikrincə, imkanlar və onların praktiki həyata keçirilməsi barədə dəqiq bir anlaşma olmalıdır. “Yetərincə tost və tərif var, iş görmək lazımdır və Ermənistan təriflə, tostla yox, işlə məşğul olmalıdır”, deyə analitik bildirib.
Xatırladaq ki, Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyan qonşu Gürcüstanda rəsmi səfərdədir. O, gürcü həmkarı David Zalkaliani, eləcə də baş nazir Mamuka Baxtadze və Gürcüstandakı erməni icması ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB