Erməni ordusunda növbəti qətl

Erməni ordusunda növbəti qətl hadisəsi baş verib. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə Xankəndində yerləşən hərbi hissələrin birində baş verib. Belə ki, 12 fevral tarixində 21 yaşlı Torqom Saruxanyan hələ istintaqa bəlli olmayan şəxs tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib.

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Meri Sarkisyan baş verən qətli təsdiq edib. O, törədilən cinayətlə bağlı hələ ki, saxlanılan şəxsin olmadığını deyib.

 

Qeyd edək ki, Torqom Saruxyan həqiqi hərbi xidmətə Gümrü hərbi komissarlığından çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə