Masallı Telekommunikasiya Qovşağı üçün yeni bina tikiləcək

Masallı Telekommunikasiya Qovşağı üçün yeni bina tikiləcək

Masallı Rayon Telekommunikasiya Qovşağında (RTQ) baş verən partlayışın səbəbləri məlum olub. Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Seymur Nuriyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, ekspertlərin qənaətincə hadisəyə səbəb yerin altında yığılmış qazın sızması səbəb olub.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binanın texniki xüsusiyyətləri hərtərəfli tədqiq ediləndən sonra dördmərtəbəli binanın konstruktisiyasının və özülünün demək olar ki, zərbə dalğasından deformasiya olunduğu rəyi yarandığından binanın sökülməsi işlərinə qərar verilib.

Binanın sökülməsii işlərini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təmir-tikinti briqadaları həyata keçirir. Artıq yeni binanın inşası ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına başlanıb.

Qeyd edək ki, partlayış nəticəsində sıradan çıxmış elektron ATS-in işinin bərpası istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə