Şəmkir rayonunda tikilən çoxmərtəbəli binalara və Çaparlı kəndinə təbii qaz çəkilir. Artıq işlər demək olar ki, yekunlaşıb. Mart ayının sonlarında sözügedən yaşayış massivlərinə mavi yanacağın verilişi gözlənilir. Şəmkir rayon İcra Hakimiyyəti Aparatından SİA-nın Qərb bürosuna verilən məlumata görə, qaz xəttinin çəkilişindən sonra smart-kart tipli sayğacların quraşdırılması işlərinə başlanılacaq.
Son bir ildə Yeni Həyat və Qaranüy kəndlərinin qazla təchizatı bərpa edilib. Ümumilikdə isə rayonun 1 şəhər, 4 qəsəbə, 32 kəndinin əhalisi, həmçinin 107 idarə müəssisə təbii qazdan istifadə edir. Başqa ifadə ilə desək mavi yanacaqdan 29124 nəfər abonent istifadə edir ki, bu abonentlərin mənzillərinə qaz sayğacları quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB