Şəmkir meşələri genişləndirilir

Şəmkir meşələri genişləndirilir

Şəmkirin meşə sahələri genişləndirilir. Rayonun "Yastı meşə" adlanan ərazisinin 80 hektar yaxın sahəsinə qarışıq növ, 20 hektar əlavə meşə sahəsində isə palıd toxumundan ibarət əkin aparılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Şəmkir rayon İcra Hakimiyyəti Aparatından məlumat verilib.

Məlumata görə, "Ekologiya ili" çərçivəsində rayonun mərkəzinə 28 min ədəd dekorativ ağac və gül kolları əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən isə rayonun kənd və qəsəbələrinə əkilməsi üçün 493 ədəd ağac və gül kolları verilib. Yaşıllaşdırma işləri çərçivəsində əkilən ağacların qorunması üçün müəssisə və təşkilatlar arasında bölgü aparılıb və gözətçi dəstələr yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə