Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binası inşa olunacaq

Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binası inşa olunacaq

Azərbaycan prezidenti İlham Əliyev Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə əlaqədar 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə