Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: “Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının yeni görüşü üçün zəmin hazırlanır”
"Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr davam edir". SİA-nın "ITAR-TASS" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyanın ATƏT-dəki daimi nümayəndəsi Ənvər Əzimov qurumun Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı deyib.
Ə.Əzimov bildirib ki, tərəflər arasındakı görüşlərin sıxlığı bu formatda aparılan danışıqların ciddiliyinə və tərəflərin praktik nəticəyə çatmaq arzusuna sübutdur. O, qeyd edib ki, yalnız bu halda dövlət başçılarının yeni bir zirvə toplantısı üçün zəmin hazırlana bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB