İrəvanın hər tərəfində elektrik enerjisinin kəsilməsi nəticəsində problemlər ortaya çıxıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən məlumat verir ki, ekeltrik enerjisinin kəsilməsi səbəbində metroda sərnişinlər evakuasiya edilir.
Məlumata görə, bu gün 12:30 radələrində İrəvanın hər tərəfində elektrik enerjisi tamamilə kəsilib. Məhz elektrik enerjisinin kəsilməsinə görə rabitə, telefon əlaqəsi və internet belə fasilələrlə, çox pis işləyir.
Elektrik enerjisinin kəsilməsi bir çox istiqamətlərdə də öz mənfi təsirini göstərib. Nəticədə, İrəvan metrosunda problemlər yaranıb. Metropoliten direktoru Gevorg Avetisyan aysor.am-ın müxbirinə bildirib ki, sərnişinlərin evakuasiyası hələ də davam edir.
Görünür, kəsilən elektrik enerjisi İrəvanı iflic edib və bu günə qədər pafosla danışan Paşinyan hakimiyyəti bu problem qarşısında aciz durumdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB