"Ermənistan Rusiya üçün “qulpsuz çamadan” rolunu oynayır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan Rusiya üçün “qulpsuz çamadan” rolunu oynayır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın yeni hakimiyyəti özünü hələ də mövqe seçmədiyi üçün ölkəsini çətin vəziyyətə salıb. Rusiya Federasiyası ilə normal əlaqə yaratmaq istəsə də buna nail ola bilmir. Paşinyanın mövqesiz olduğunu bilən Rusiya bu münasibətlərə diqqət yetirmir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, təkcə Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırması Ermənistanın çətin vəziyyətdə yaşayan əhalisinin vəziyyətini bir qədər də çətinləşdirdi: "Ermənistan rəhbərliyinin “Qazprom”la apardığı uzunmüddətli danışıqlar nəticəsiz qalıb. Paşinyanın hələki başı Koçaryan, Sarkisyanlara qarışdığı üçün ölkədə hökm sürən hərcmərclik və hakimiyyətsizlik Paşinyanın bir daha küçə lideri olduğunu sübut edir. Qonşu Gürcüstanda baş verən son hadisələr Ermənistanı da təşvişə salıb. Ermənistan rəhbərliyi qorxur ki, Rusiya ilə aralarındakı yeganə nəqliyyat dəhlizi Gürcüstan ərazisinə keçdiyi üçün müəyyən problemlər yarada bilər. Əgər belə olarsa onda Ermənistanda vəziyyət yenidən qarışar və Paşinyan hakimiyyəti də təhlükə altında qalar.

Ermənistan Rusiya üçün çətin daşınan “qulpsuz çamadan” rolunu oynayır. Rusiyanın Ermənistana üz çevirməsi Ermənistan hökümətinin mövqeyindən asılıdır. Əgər Paşinyan bir ağıla qulluq edərsə Rusiyanın münasibəti də ona qarşı o cür dəyişər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə