"Azərbaycan mühüm görüşlər üçün ən təhlükəsiz məkanlardan biridir" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan mühüm görüşlər üçün ən təhlükəsiz məkanlardan biridir" AÇIQLAMA-ÖZƏL

“NATO ilə Rusiya arasında danışıqların aparılması üçün məkan üçün Azərbaycanın seçilməsi ilk hadisə deyil. Bilirsiniz ki, bundan öncə də ölkəmizdə generalların görüşü keçirilib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

Tərəflərin danışıqlar aparması üçün Azərbaycanı seçməsinin bir neçə məqamını açıqlayan politoloq söyləyib ki, Bakı artıq sabitlik və stabillik məkanına çevrilib.

F. Sadıqov söyləyib ki, Azərbaycanda nəinki ikitərəfli görüşlər, həm müxtəlif sahələri əhatə edən iri miqyaslı beynəlxalq tədbirlər, müxtəlif idman yarışları həyata keçirilir: “Artdıq bütün dünya ölkələri anlayır ki, Azərbaycan bu kimi görüş və tədbirlərin keçirilməsi üçün ən təhlükəsiz məkanlardan biridir. Ölkəmizdə istənilən mövzularla bağlı danışıqların aparılması mümkündür”.

Politoloq vurğulayıb ki, Azərbaycanın müxtəlif görüşlər üçün məkan kimi seçilməsi, ölkəmizin dünyada mühüm oyunçuya çevrildiyinin göstəricisidir: “NATO və Rusiya Azərbaycanın dünya siyasətində mühüm rola malik olduğunu anlamaqla yanaşı, ölkəmiz həm də hər iki tərəflər mühüm əməkdaşlıq münasibətlərinə malikdir. Bu baxımdan görüşün Bakıda keçirilməsi və mürəkkəb müzakirələr üçün Azərbaycanın məkan kimi seçilməsi ölkəmizin hər iki tərəf üçün önəminin bariz sübutudur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə