“Hakimiyyət iqtisadiyyatı inkişaf etdirmək gücündə deyil” SAAKAŞVİLİ

“Hakimiyyət iqtisadiyyatı inkişaf etdirmək gücündə deyil” SAAKAŞVİLİ

Gürcüstanın sabiq prezidenti Miaxil Saakaşvili deyib ki, hazırkı Gürcüstan hakimiyyəti iqtisadi inkişafa nail ola bilməyəcək. SİA xəbər verir ki. Bu barədə Qruziya online saytı yazır. Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstan ABŞ-la azad ticarət sazişini imzalamağa çox yaxın idi, lakin mövcud gürcü iqtidarı onun tərəfindən başladılmış işi qəsdən pozdular: "Əgər bu saziş imzalansaydı, Gürcüstanda heç kim öz məhsullarını Rusiyaya aparmaq barədə düşünməzdi. Bundan əlavə, belə bir saziş nəticəsində Gürcüstana bütün regiondan məhsullar daxil olacaqdı ki, onlar ABŞ-a çatdırılsın. Bu gün Gürcüstanda Avropa İttifaqının heç bir kvotasından istifadə olunmayıb. Ona görə ki, bu istiqamətdə heç kim işləmir".

"Gürcüstanın bu günkü hakimiyyəti iqtisadiyyatı inkişaf etdirmək gücündə deyil, ona görə də bu gün bütün cəmiyyətin konsolodasiyası vacibliyi yaranıb ki, hakimiyyəti sülh yolu ilə istefaya göndərsin. Başda oliqarx İvanişvili olmaqla, hakimiyyət bütün seçkiləri uduzacaq", deyə Saakaşvili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə