Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan “Azatutyun” radiosuna müsahibəsində deyib ki, Ermənistan İrandan daxili istifadə məqsədi ilə qaz almaq üçün danışıqlar aparır. SİA xəbər verir ki, bu barədə lragir.am saytında yazılıb.
“Bu günlərdə Mger Qriqoryan Tehranda olub və erməni-iran iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edib, o cümlədən prezident Həsən Ruhani ilə görüşüb”, deyə qeyd edilən yazıda bildirilir ki, Mger Qriqoryan İranla danışıqların yeni başladığını deyib və hələlik rəqəmlərlə bağlı məlumat verə bilmədiyini qeyd edib: “Onun sözlərinə görə, söhbət qazın daxili istifadəsindən gedir, bunun yerinə isə elektrik enerjisi və başqa məhsullar verilə bilər. Mger Qriqoryan deyib ki, daha əvvəllər aparılan müvafiq danışıqlar barədə məlumatsızdır”.
Xatırladaq ki, Rusiyanın satdığı qazın qiymət tarifinin artırılmasından sonra Ermənistan tərəfi ciddi təlaş keçirməyə başlayıb. Belə ki, Rusiyanın “Qazprom” şirkəti ilə aparılan bütün danışıqlar nəticəsiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB