"Kreml Gürcüstandan keçən enerji xəttlərini vura bilməz" ÖZƏL-MÜNASİBƏT
“Gürcüstandakı gərgin vəziyyət Azərbaycanın boru kəmərlərinə təhlükə vəd edir? Hadisələrin hansı istiqamətə yönəcəyini demək çətin məsələdir. Çünki, bu təkcə Gürcüstan daxilindəki hadisələrdən asılı deyil. Cənubi Qafqazda ABŞ, İran, Rusiya, Çin, Türkiyə kimi beynəlxalq subyektlərin atacağı addımlardan çox şey asılıdır”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, birmənalı olan odur ki, Gürcüstan-Rusiya münasibətlərinin gərgin olaraq qalması Azərbaycanın lehinədir: “Bu hal, Ermənistan üçün olduqca zərərlidir. Vəziyyət belə davam edərsə, Ermənistanın iqtisadiyyatına böyük zərbə olacaq.
Münasibətlər müharibə mərhələsinə keçsə belə, Kreml Gürcüstandan keçən enerji xəttlərini vura bilməz. Düzdür, Rusiyadakı bəzi qüvvələr hələ 2008-ci ildə bizim borumuzu partlatmaq barəsində düşünürdülər, istisna deyil ki, bu dəfə də düşünsünlər. Lakin, qərarı prezident verir. Bu gün şimalın enerji layihələri və neft - qaz korporasiyaları hər ay Qərbi "görür", onlarla aktivlərini bölüşürlər. Elə sanksiyalarln əslində mənasız olmasının ən böyük səbəbi də budur. Rosneft və digər şirkətlərin aktivlərinin kimlərin əlində olmasına baxsaz bunu anlayarsız. Yeri gəlmişkən, gələn il Cənubi Avropa ilə Xəzəri birləşdirəcək TAP qaz xəttinin işə salınacağı gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB