"Bu tarixi nailiyyət ölkə turizminin daha da çiçəklənməsinə töhfə verəcək" RƏY-ÖZƏL

"Bu tarixi nailiyyət ölkə turizminin daha da çiçəklənməsinə töhfə verəcək" RƏY-ÖZƏL

“Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi nailiyyətdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, bu tarixi nailiyyətin arxasında bu tarixi nailiyyətin arxasında illərin gərgin əməyi, zəhməti, ölkə prezidenti ilə birinci vitse-prezidentin səmimi əməkdaşlıq niyyətləri, addımları, Azərbaycan-YUNESKO münasibətlərinin yüksələn xətt üzrə inkişafı dayanır.

Deputat söyləyib ki, Azərbaycan-YUNESKO əməkdaşlığı indiyə qədər səmələrəli və effektli nəticələrini verdiyi kimi, bu gün də bir daha öz müsbət nəticələrini, töhfələrini ortaya qoydu: “Burada həm YUNESKO-nun, həm ölkə prezidenti İlham Əliyevin, həm də birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, əməyi, zəhməti, xidməti böyükdür. Hesab edirəm ki, bu hadisə digər müsbət nəticələri ilə yanaşı, Azərbaycanda son illər vüsət alan turizmin daha da inkişafına və çiçəklənməsinə öz töhfəsini verəcək. Ölkəmizə gələn, ölkəmizə maraq göstərən turistlərin sayı daha da artacaq”.

Şəkinin tarixən turizm məkanı olduğunu dilə gətirən E. Səlimov qeyd edib ki, bu hadisədən sonra turizm Şəkinin bütövlükdə həyatını daha da zənginləşdirmiş və gözəlləşdirmiş olacaq: “Bundan qazanan Şəkimiz, bütövlükdə xalqımız, dövlətimiz, Azərbaycanımız, insanlarımız olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə