“Tiflisdə 20 iyun hadisələrinin baş verməsinin əsl səbəbi 2020-ci ildə tikilməsi başa çatmalı olan Anakliya limanıdır”. Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, son zamanlar İvanişvilin hökumətinin gah nala, gah mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi: “Onu deyə bilərəm ki, Gürcüstan çox həssas dövrə qədəm qoydu. Krımla bağlı hədəfi baş tutmayan Vaşinqtonun planına əsasən - Anakliyada amerikan hərbi bazası olacaq və o baza Rusiya və İranı hədəfə alacaq. Tiflisin planına əsasən isə iqtisadi port kimi Anakliya Gürcüstana ildə 1 milyard gəlir verəcək”.
Belə olan şəraitdə Rusiyanın məsələyə münasibəti barədə danışan Z.Məmmədov əlavə edib ki, Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir: “Belə çıxır ki, Kreml qarşısında bir yol qalır. Nəyin bahasına olursa olsun buna izin verməmək. Solovyovun çıxışı da buna işarə edirdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB