Konstitusiya Məhkəməsinin sədri Paşinyana eyham vurdu

Konstitusiya Məhkəməsinin sədri Paşinyana eyham vurdu

Güclü, demokratik və inkişaf etməkdə olan Ermənistanı duyğularla deyil, yalnız qanunun və Konstitusiyanın aliliyi şəraitində qurmaq mümkündür. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan deyib.

Məlumatda qeyd olunur ki, Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Konstitusiya və dövlət atributları günü münasibəti ilə vətəndaşlara təbrik mesajı ünvanlayıb.

“Konstitusiya dövlətin əsaslarından biri, ən əsası və qanuni hakimiyyətin təməlidir. Konstitusiya dövlətin sabit inkişafının, dövlətin təhlükəsizliyinin, dövlət qurumlarının etibarlılığının müdafiəçisi və əsas təminatçısıdır. Qanunun aliliyi təkcə keçmiş, hazırki hakimiyyət deyil, hamı və hər kəs üçündür. Ermənistan Respublikasının Konstitusiyası bütün dövlət orqanlarının qanuniliyini təsdiq edən yeganə hüquqi əsasdır. Güclü, demokratik və inkişaf edən Ermənistanı duyğularla deyil, yalnız qanunun və Konstitusiyanın aliliyi şəraitində qurmaq mümkündür”, deyən Qrayr Tovmasyan bu mesajla mövcud hakimiyyətə sətiraltı ehyam vurub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə