Elşad Mirbəşiroğlu: “Həmsədrlərin regiona səfərləri mahiyyət etibarilə əvvəlkilərdən fərqlənməyəcək” RƏY-ÖZƏL

Elşad Mirbəşiroğlu: “Həmsədrlərin regiona səfərləri mahiyyət etibarilə əvvəlkilərdən fərqlənməyəcək” RƏY-ÖZƏL

“Vaşinqton da görüş zamanı xarici işlər nazirləri müzakirələrin davam etdirilməsi haqqında həmrəy olduqlarını bildirmişlər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, lakin görüş ərəfəsində Ermənistanın təxribatlara əl atması sübut etdi ki, o, konstruktiv mövqe nümayiş etdirmək fikrindən uzaqdır: “Həqiqətən də, görüş zamanı əsas məsələdən daha çox təmas xəttində atəşkəs rejiminin gözlənilməsinin vacibliyi oldu. Ermənistanın istədiyi də elə bu idi. Yəni, diqqət əsas məsələdən yayınsın, status-kvo vəziyyəti dəyişməz qalsın. Bu baxımdan, hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun regiona səfəri bu qədər olduğu kimi, Ermənistanın mövqeyində hər hansı bir dəyişikliyin baş vermədiyi bir şəraitdə baş tutur. Nəzərə almaq lazımdır ki, Ermənistanının xarici işlər naziri Mnatsakanyanın qondara “DQR”-a səfəri haqqında Ermənistan mediasında xəbərlər getmişdir. Əlavə olaraq, Mnatsakanyan müzakirələrin davam etdirəcəklərini, lakin güzəştə getməyəcəklərini səsləndirdiyi də qeyd olunur. Bütün bunların fonunda qeyd etmək olar ki, ATƏT-in Minsk Qrupunun regiona növbəti səfəri bu günə qədər baş tutmuş səfərlərdən mahiyyət etibarilə fərqlənməyəcəkdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə