Azər Həsrət: “Bizə nəticə lazımdır ” RƏY-ÖZƏL

Azər Həsrət: “Bizə nəticə lazımdır ” RƏY-ÖZƏL

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesini intensivləşdirmək üçün atdığı addımlar, əlbəttə, faydalıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, lakin bu intensivlik nəticə verəcəyi təqdirdə uğurlu ola bilər. Ona görə də bu dəfə ki səfərin məhz fayda vermə istiqamətində bir addım olmasını arzu edərdik: “Çünki bu vaxta kimi olan səfərlər, danışıqlar, görüşlər heç bir gerçək nəticə verməyib. Ona görə də indiki səfərlə bağlı çox da ümidli deyiləm. Lakin yenə də arzu edərdik ki, artıq nəticəsiz danışıqlar mərhələsindən real nəticəli təmaslar mərhələsinə keçək. Bu işin istər ATƏT-in Minsk Qrupu, istərsə də münaqişə tərəfləri olan Ermənistanla Azərbaycanın öz səyləri nəticəsində baş tutması isə sadəcə təfərüatdır. Bizə nəticə lazımdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə