"Vətəndaşlar orduya imkanları daxilində dəstək göstərirlər" Əli Əhmədov
"Azərbaycan vətəndaşları orduya imkanları daxilində dəstək göstərirlər. Biz yeni bir təşəbbüs irəli sürdük və bu məsələni bir daha gündəmə gətirmək istədik". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, YAP üzvləri bu təşəbbüsü geniş şəkildə dəstəklədilər və Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etdilər.
Baş nazirin müavini vurğulayıb ki, bu təşəbbüsə millət vəkilləri də qoşulub.
Onun sözlərinə görə, digər şəxslərin də bu təşəbbüsə qoşulması əlbəttə şəxsi məsələdir: “Ordu həssas bir mövzudur. Azərbaycanın hər bir vətəndaşı daim orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır. Azərbaycanın qüdrətli ordusu var. Ordumuzun ən güclü 52 ordusu içərisində yer tutur. Məlum Aprel döyüşləri də ordumuzun qüdrətini bir daha sübut etdi. Ordumuzun büdcə vəsaitləri bəlkə də Ermənistanın dövlət büdcəsinə. Azərbaycan xalqının ordumuza göstərdiyi maddi və mənəvi dəstək ordumuzun güclənməsinə xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB