"Prezidentin siyasəti vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır” ÖZƏL-MÜNASİBƏT
“Ölkə həqiqətlərinin dünya arenasındakı nüfuzu, vətəndaşlarımızın Prezidentin yanında olması bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyev ideyalarının mövcudluğunu və gələcəyə məhz bu ideyalarla getdiyimizi göstərir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Deputatın sözlərinə görə, təməli Ulu Öndər tərəfindən qoyulan Azərbaycanda qadın siyasəti bu gün uğurla davam etdirilir və nəticələrini göstərir: “Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gender siyasətini də uğurla davam etdirir. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. O, bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər. Müasir cəmiyyətimizdə qadınlar fəallıqlarını daha da artırır”.
Millət vəkili söyləyib ki, Prezident İlham Əliyev ən mürəkkəb vəzifənin öhdəsindən inamla gəlir, milli maraqlar çərçivəsində real müstəqil daxili və xarici siyasət həyata keçirir: “Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər keçən dövrə nəzər salsaq, əminliklə deyə bilərik ki, xalqının sonsuz sevgisini qazanan möhtərəm Prezidentimizin İlham Əliyevin həyata keçirdiyi siyasət ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB