AŞPA-nın həmməruzəçisi Azərbaycana gəlib

AŞPA-nın həmməruzəçisi Azərbaycana gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Bakıya gəlib. SİA-nın verdiyi məlumata görə, Fransa bürosu xəbər verir ki, iyulun 4-6-nı əhatə edəcək səfər çərçivəsində diplomat Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini müəyyənləşdirmək üçün rəsmi şəxslərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, ilkin olaraq bu ilin əvvəlinə planlaşdırılmış AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri “Brexit”lə bağlı təxirə salınmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə