NATO "rəngli inqilablar" hazırlamaqda günahlandırılır

NATO "rəngli inqilablar" hazırlamaqda günahlandırılır

NATO KTMT ölkələrində (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan) "rəngli inqilablar" hazırlayır. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev "Rossiyskaya qazeta" ya müsahibəsində bildirib.

"NATO üzvləri Qərb tərəfindən nəzarət edilənləri bəzi KTMT ölkələri rejimlərinə hakimiyyətə gətirmək üçün şərait hazırlayırlar, o cümlədən “rəngli inqilabları” təşviq edirlər. NATO ilə əməkdaşlıq edən ölkələr həmişə anti-rusiya mövqeyində olub. Bu təcrübədə bir neçə dəfə öz təsdiqini tapıb. Blokun məqsədinin müttəfilər arasında nifaq yaratmaq olduğu bəllidir”, deyə Nurqaliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə