Alaverddə mis qazma zavodunun işçiləri sübh tezdən müəssisənin bütün girişlərini, həmçinin dövlətlərarası dəmiryolunu kəsiblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzetin yazdığına görə etirazların səbəbi təxminən 200 işçinin işdən azad edilməsidir. Nəşrdə qeyd olunur ki, bu məsələ günbəgün qızışmaqdadır və zavodun bağlanması səbəbindən Alaverdidə, eləcə də yaxın ərazilərdə ciddi bir qiyama başlanılıb.
Məlumatda o da qeyd olunur ki, sakinlər yaxın günlərdə şəhərin ümumi logistika sistemini blokadaya almaq, avtomobil yolu və dəmir yolunu bir neçə günə dayandırmaq qərarına gəliblər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB