Əflatun Amaşov: “Jurnalistlər üçün nəzərdə tutulan binaların tikintisinə yaxın vaxtlarda başlanacaq” - AÇIQLAMA
Jurnalistlər üçün nəzərdə tutulan evlərin tikilməsi ilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) məşğul olur və eyni zamanda jurnalistlər üçün evlərin tikilməsinə dair sənədlər təsdiq olunub. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, MŞ-sı da bu prosesi yaxından izləyir: "Mənə elə gəlir ki, yaxın vaxtlarda binaların tikintisinə başlanacaq".
Ə. Amaşov jurnalistlərə press-kartların verilməsi barədə danışaraq deyib ki, kartlar mətbuat vasitəsində müqavilə ilə çalışan, həqiqətən həmin KİV-in əməkdaşı olan şəxslərə verilir: "Belə olan halda Mətbuat Şurası KİV-in təqdimatı ilə jurnalistə press-kart verir. İl ərzində təxminən 200-250 jurnalist üçün bu cür press-kartlar verilib. Burada əsas söhbət ondan gedir ki, KİV-lər öz əməkdaşları ilə müqavilə bağlasınlar və jurnalistlər həmin müqavilələr əsasında öz hüquqlarını müdafiə edib qorusunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB