YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov Səfurə Əlizadəyə partiyanın üzvlük vəsiqəsini təqdim edib - FOTO
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş və 5-cilik qazanmış Səfurə Əlizadəyə YAP-ın üzvlük vəsiqəsinin verilməsi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanda kifayət qədər populyar olan S.Əlizadənin bu ay YAP-a üzv olmaq üçün ərizə ilə müraciət etdiyi və onun partiya sıralarına qəbul olunduğu haqda məlumat verib.
YAP üzvlərinin sayının 530 min nəfərə çatdığını bildirən Ə.Əhmədov partiya üzvləri arasında tanınmış şəxslərin olduğunu xatırladıb. O qeyd edib ki, S.Əlizadənin YAP-a üzv olmaq istəməsi tam qanunauyğundur. Bizim partiya da onun istəyini həyata keçirməyə şaddır. Müğənni keçən il "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı yüksək səviyyədə təmsil edib. İnanıram ki, onun uğurları bundan sonra da olacaq".
Ə.Əhmədovun fikrincə, müsabiqənin qalibini seçənlər daha obyektiv olsaydı, S.Əlizadə daha yüksək yer tutardı: "Biz istəyirik ki, gənclərimiz Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etsinlər".
Sonra YAP-ın icra katibi Ə.Əhmədov S.Əlizadəyə partiyanın üzvlük vəsiqəsini təqdim edib. Gənc ifaçıya vəsiqə ilə yanaşı ulu öndər Heydər Əliyevə həsr olunan multimedia diski də təqdim olunub.
S.Əlizadə çıxışında YAP-a üzv qəbul olunduğuna görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və qeyd edib ki, bundan sonra da Azərbaycanı digər Avropa ölkərində layiqiyincə təmsil edəcək.
Qeyd edək ki, tədbirdə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Siyasi Şuranın üzvü Kərim Kərimov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB