UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyası Yaponiya telekanalında yayımlanıb

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyası Yaponiya telekanalında yayımlanıb

Azərbaycanda ötən 16 il ərzində, həyata keçirdiyi islahatlar, iqtisadi sahədə əldə edilən nailiyyətlər, ölkədəki daxili siyasi sabitliyin təmin olunması, əhalinin sosial rifahının və həyat şəraitinin yüksəlməsi ölkəmizin real mənzərəsinin açıq şəkildə təqdimidir. Son 16 ildə Azərbaycanın əldə etdiyi uğurlardan dünyanın müxtəlif ölkələrində dərc olunan mətbu orqanlarında, internet potallarında, televizyalarında bəhs edilir. Bir-birinin ardınca silsilə şəkildə təqdim olunan materiallarda Azərbaycanın iyirmi birinci yüzilliyinin yüksəlişi dünya xalqlarının böyük marağına səbəb olur. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğu, iqtisadi inkşafı, regionun lider ölkəsinə çevrilməsi, Azərbaycan müsəlman ölkəsi kimi xalqlar arasında mədəniyyətlərarası dialoqu tam dəstəkləməsi və s. dərc olunan yazılarda öz əksini tapır.

Məqalə müəllifləri Azərbaycan haqqında fikirlərini bölüşərkən ölkəmizin iqtisadi inkişafını, siyasi sabitliyin hökm sürməsinin göstərməklə yanaşı, onun dünyada artan nüfuzunu da qeyd edirlər. Bu məqalərin yazılmasına səbəb, təbii ki, kifayət qədər amillərin olmasıdır. Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bu nailiyyət ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizə göstərilən etimad, beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadi uğurlar, dinamik inkişaf və s. amillər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu müəyyənləşdirib.
Bu günlərdə daha bir məqalənin oxuculara təqdimi Azərbaycan gerçəkliklərinin dünya miqyasında təqdimində daha bir nümunədir.
Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyası barədə məlumat yayıb. Məlumatda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasının iyunun 30-da Azərbaycanın paytaxtı Bakı şəhərində başladığı qeyd edilib. Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra UNESKO ilə sıx əməkdaşlıq qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. Onu da qeyd edək ki, Azərbaycanın maddi irs nümunələri olan "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" və s. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Eyni zamanda, Azərbaycanın bir neçə qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. "Azərbaycan Muğamı", "Azərbaycan Aşıq Sənəti", "Novruz", "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti", "Tar və Onun İfaçılıq Sənəti", "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti" və s. YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Məqalədə bildirilib ki, iyulun 10-dək davam edəcək sessiya zamanı müxtəlif ölkələrdən Dünya İrs Siyahısına daxil edilmək üçün ünvanlanmış 36 müraciətə baxılacaq. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda, ilk olaraq, siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək. Tədbir çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi keçiriləcək. Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.
Həmin siyahıya Yaponiyanın Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin də daxil edilməsi nəzərdə tutulub. Eramızın IV əsrinin sonundan, V əsrinin sonunadək yaradılan bu kurqanlar beynəlxalq ekspertlər qrupu tərəfindən UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmək üçün tövsiyə olunub.
Mozu-Furuiçi təpələri IV əsrin sonlarından, VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Bunların 23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı Furuiçi rayonunda yerləşir.
Mozu vilayətinin kurqanları arasında İmperator Nintokunun 486 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.
Bu və digər məqalə müəllifləri Azərbaycan haqqında fikirlərini bölüşərkən ölkəmizin iqtisadi inkişafını və siyasi sabitliyin hökm sürməsinin göstərməklə yanaşı, onun dünyada artan nüfuzunu da qeyd edirlər. Bu məqalərin yazılmasına səbəb, təbii ki, kifayət qədər amillərin olmasıdır.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə