Ermənistan Rusiya qazı məsələsində bütün şanslarını itirib QAZETA.RU
“Ermənistan Rusiya qazına “Qazprom”un təklif etdiyi qiymət qədər ödəmək istəmir və artıq şirkətin Ermənistandakı nümayəndəliyini cərimələməklə sıxışdırmağa başlayıb. Ekspertlər xəbərdarlıq edirlər ki, qiymətin ucuzlaşmasını gözləməyə dəyməz. Söz-söhbətə Vladimir Putinin Ermənistana səfəri son qoya bilər”. SİA xəbər verir ki, bu barədə “Qazeta.ru” elektron qəzeti yazır.
Adıçəkilən media qurumu qeyd edir ki, Ermənistan hakimiyyəti Moskvadan rus təbii qazının qiymətinin aşağıya salınmasını istəyir. “Danışıqlar artıq birinci aydır ki, davam etmir və bütün mümkün imkanlar bitib, razılıq isə əldə olunmayıb”, deyə məlumatda bildirilir. SİTAT: “Rusiya qazının qiymət indeksasiyası iyulun 1-dən rəsmi Yerevan üçün yenidən dalana dirənmiş problemə geri dönməyə şərait yaradır. Rusiya 2019-cu ilin 1 yanvar tarixindən rus təbii qazının qiymətini Ermənistan üçün min kubmetrinə görə, 150 dollardan 165 dollara qədər qaldırıb”.
Ekspertlər də hesab edirlər ki, Rusiya qiyməti endirmək fikrində deyil. Belə ki, Rusiyanın milli enerji təhlükəsizliyi fondunun baş direktoru Konstantin Simonova görə, Ermənistan qazı bazar qiymətindən aşağı və rəqabət qiyməti əsasında tam şəkildə alır: “Qazı daha ucuz qiymətə yalnız Belorus alır. Ona görə də bundan aşağı qiymət mümkün deyil”.
Rusiyanın siyasi texnologiyalar mərkəzinin birinci vitse-prezidenti Aleksey Markin isə digər bir amilə toxunub. O, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsinin Moskvanın heç də xoşuna getmədiyini deyib. “Hazırkı hakimiyyət onu hakimiyyəti zorla əldə saxlamaqda ittiham edirlər. Lakin hesab olunur ki, Koçaryanın prezidentliyi zamanı (1998-2008) Ermənistan məhz Rusiyayönümlü siyasətə üstünlük vermişdi”.
Markin daha bir sərt proqnoz verərək deyib ki, Rusiyanın da Ermənistana təsir etmək rıçaqları var: “Və bu yalnız qaz deyil, həm də Qarabağ problemi və təhlükəsizlik qarantiyasıdır”.
Beləliklə, rus politoloq Rusiya qazı məsələsində Ermənistanın heç bir şansının olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB