Vaşinqtonun küçələrinə tanklar çıxarılacaq QIRICILAR DA UÇACAQ

Vaşinqtonun küçələrinə tanklar çıxarılacaq QIRICILAR DA UÇACAQ

ABŞ prezidenti Donald Tramp amerikalılara söz verib ki, onlar 4 iyul tarixində Vaşinqtonun küçələrində tanklar görəcəklər. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hərbi texnika müstəqillik günü ilə bağlı çıxarılacaq.

Tramp qeyd edib ki, vətəndaşlar üçün elə bir mənzərə yaradılacaq ki, onlar daha əvvəllər bunu görməyiblər. Onun sözlərinə görə, amerikalılar səmada dünyanın ən mükəmməl qırıcılarını da görəcəklər və əlavə edib ki, tanklar bütün küçələrdən keçəcəklər.

Pentaqon isə müstəqillik günü baş tutacaq tədbirə 870 min dolların xərclənəcəyini qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə