İlqar Orucov: “Onları istifadə edib kənara tullayacaqlar ” RƏY-ÖZƏL
“Xaricdə ki, “söyüş qrup”larının son dövrlərdə bir-birlərini ittiham etməsi, bir-birini müəyyən qruplara işləməkdə suçlaması ilk hadisə deyil, bu kimi qruplar arasında biz bir qədər bundan öncə də bu kimi ittihamları gördük”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, hətta onlar bunu video görüntülərlə yayımladılar: “Biz bilir ki, bu qruplar anti-Azərbaycan qüvvələrin əlində istifadə olunan şəxslərdir. Çünki dövlətinə, xalqına millətinə qarşı bu cür əqidə nümayiş etdirən şəxslər əslində mənəvi dəyərlərdən, bütövlükdə mənəviyyatdan uzaq insanlardır. Bunlar üçün bunları birləşdirən dəyərlər yoxdur. Demək olar ki, bunlar üçün yalnız və yalnız nəyin bahasına olursa olsun pul qazanmaq əsas amildir. Bunların heç intellektual potensialları, savadları yoxdur. Sadəcə olaraq, bunlar Azərbaycana qarşı müəyyən siyasi qüvvələrin, qrupların əlində alət kimi istifadə olunurlar. Artıq onların bir qrupu istifadə olunub və bu gün artıq onlardan istifadə etmirlər. Yəni başqa bir adamlara daha çox maddi yardım edirlər və bu da onlar arasında ciddi konfliktlərə gətirib çıxarır. Bu insanlar əslində bir zamandan sonra hiss edəcəklər ki, onlar heç kimə lazım deyillər. Onları bu gün maliyyələşdirən qüvvələrdə az sonra onları kənara tullayacaqlar. İstifadə olunandan sonra onlar üçün artıq çıxış yolu qalmayacaq. Əslində Azərbaycana qarşı ən iyrənc metodlarla mübarizə aparan bu insanları gələcəklə bağlı heç bir yaxşı nələrsə gözləmir. Vətəninə, dövlətinə qarşı bu cür düşmən mövqedə olmaq, əslində onların acı aqibətinin çox da uzaqda olmadığını hamı görəcək. Necə Azərbaycan xalqı birmənalı olaraq onları rədd edir və xəyanətləri ilə Azərbaycan dövlətinə gələn yollarını əbədi olaraq kəsiblər. Bir sözlə, söyüş söyən o manqurt adamlar ki, var artıq başa düşürlər ki, az sonra heç kimə lazım olmayacaqlar və onları istifadə edib kənara tullayacaqlar. Onlar nəyi itiriblər? Onlar insan üçün ən vacib olan dəyərlərini itiriblər. Onlar dövlətə, Azərbaycana qarşı xəyanət yolu tutublar və artıq Azərbaycanda bu insanlara yer yoxdur”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB