Ermənistanda təzyiqlər davam edir

Ermənistanda təzyiqlər davam edir

Davtyan Ermənistanda prokurorlara informasiya təzyiqləri olduğunu bəyan edib. SİA Ermənistana məxsus armeniasputnik.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın baş prokuroru təzyiq üsulları arasında təhdidedici məqalələri və hədələri xüsusilə vurğulayıb.

Məlumatda qeyd olunur ki, baş prokuror Artur Davtyan Ermənistan prokurorlarına mənəvi və psixoloji təzyiqlər olduğunu bildirib. İdarə Heyətinin iclasındakı çıxışında o qeyd edib ki, bu təzyiqlər idarə olunan informasiya axınlarının köməyi ilə edilir.
İdarə Heyətinin iclasından sonra jurnalistlər informasiya təzyiqinin vəziyyətini aydınlaşdırması istəyi ilə ona müraciət ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə