"Yapon investorlar Türkiyəyə 3 milyard dollar yatırıb" Ərdoğan

"Yapon investorlar Türkiyəyə 3 milyard dollar yatırıb" Ərdoğan

Türkiyə hökuməti xarici investisiyaların təşviqinə hazırdır. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tokioda yaponiyalı iş adamları ilə görüşündə bildirib.

"Türkiyədəki iqtisadi vəziyyətdən narazı qalan və ya problemlərin həllində dəstək almayan tək bir investor yoxdur. Türkiyədə xarici investisiyalar yalnız qanunvericilik səviyyəsində deyil, yerli hökumət strukturları tərəfindən də dəstəklənir", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, son 10 ildə Türkiyə iqtisadiyyatına yapon investisiyaları 3 milyard dollar təşkil edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə