Artan enerji qiymətləri Rusiyada milyarder sayının da rekord həddə çatmasını təmin edib. SİA-nın məlumatına görə "Finans" jurnalı 2008-ci ildə 101 olan milyarder sayının 2011-də 114-ə çatdığını yazıb.
Jurnal Rusiyanın ən varlı 500 şəxsin adını 14 fevralda açıqlayacaq. 2008-ci ildə Rusiyanın 10 ən varlı şəxsin sərvəti 221 milyard dollar idi. Mətbuatda yayılan məlumata görə, əvvəlki illər Rusiyanın ən varlı 3 adamı arasında olan "Çelsi" futbol klubunun sahibi Roman Abromoviç bu il ilk üçlükdə deyil. Rusiyanın ilk 500 zənginindən ən az sərvətə sahib olanın 160 milyon dolları var. "Finans" jurnalına görə, bu rəqəm 2008-ci ildən 10 milyon dollar çoxdur.
İqtisadi böhran zamanı sərvətinin 30 faizinin itirən Rusiyanın ilk 10 zəngini 2009-cu ildə 75,9 milyard dollar itirib. Jurnalın 2009-cu ilin sıralamasında Rusiyanın polad nəhəngi "Novolipetsk Steel"in sahibi Vladimir Lisin 18,8 milyard dollarla ölkənin ən varlı adamı seçilib. Mixail Prokorov 17,85 milyard dollarla ikinci, R.Abromoviç isə 17 milyard dollarla üçüncü olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB