"Əli Kərimli müxalifət meydanını tərk etməlidir" ÖZƏL-MÜNASİBƏT

"Əli Kərimli müxalifət meydanını tərk etməlidir" ÖZƏL-MÜNASİBƏT

Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər.

Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov bunları deyib: "Bu gün ölkədə baş verən proseslərin fonunda AXCP sədri Əli Kərimlinin ənənəvi addımı heç də təəccüb doğurmamalıdır. Azərbaycanda bütün sahəhələrdə islahatlar gedir, hüquq sistemi kökündən yenilənir, qeyri-neft sektorunda yeni imkanlar açılır. Beynəlxalq səviyyədə uğurlar hər an artır. Belə bir məqamda Əli Kərimlinun "marafon şou"su sözün əsl mənasında iyrənc addımdır. Bu müxalifətçilik deyil, erməni dəyirmanına su tökməkdir. Əli Kərimli müxalifət meydanını tərk etməli, sükanı gənclərə verməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə