"Son illərdə Azərbaycanda insan haqlarının qorunması və demokratiyanın inkişafı ilə bağlı çox böyük işlər". Bunu SİA-ya açıqlamasına "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, yəni Azərbaycan Avropa standartlarını qəbul etmiş bir dövlətdir: "Ona görə də, bizim ölkəmiz həmişə diqqət mərkəzində olub və Avropa liderləri tərəfindən yüksək qiymətləndirib. Demokratik hüquqi dövlət olduğumuz üçün bizdə sərbəst toplaşma azadlığı var. Kütləvi aksiyaların keçirilməsi üçün həm Konstitusiyamızda müddəalar var. Yəni Azərbaycan bu gün qanunun aliliyini təmin etmiş, qanunla yaşayan bir dövlətdir. Bir sözlə, burda qanun hər kəs üçün qanun olmalıdır. Kimsə özünü partiya lideri hesab edib bu qanunlardan kənar çıxa bilməz. Çünki qanunlar hamı üçün qanundur. Dediyim kimi əgər kütləvi aksiya keçirmək istəyi varsa buyursun qanunlarımızın nəzərdə tutulduğu qaydada müraciət etsin, icazə alsın, razılaşdırsın və sonra aksiya keçirsin. Çünki kütləvi aksiyaların keçirilməsi o demək deyil ki, kim harda gəldi kütləvi aksiya keçirə bilər. Kimliyindən asılı olmayaraq qanunlarımızın yerinə yetirməsini təmin etməliyik. Yəni Azərbaycanda heç kəs qanunlardan kənar hərəkət edə bilməz. Çünki qanun hər kəs üçün qanundur. Əgər kimsə özünü qanundan kənar hesab edəcəksə sərt qanunla üzləşmiş olacaq. Ona görə də, bu gün belə hay-küy salmağa heç bir əsas yoxdur".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB