Elmar Məmmədyarov Metyu Brayzanı qəbul edib

Elmar Məmmədyarov Metyu Brayzanı qəbul edib

Nazir Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, etimadnamənin surətini təqdim edən M.Brayza ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə amerikalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə