"Prezident sabitliyin qorunub saxlanılmasına böyük önəm verir" ÖZƏL-ŞƏRH

"Prezident sabitliyin qorunub saxlanılmasına böyük önəm verir" ÖZƏL-ŞƏRH

"Son vaxtlar ABŞ-İran, Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi, Ermənistanda baş verən hadisələr – hakimiyyətsizlik, özbaşınalıqlar, atəşkəsin tez-tez pozulması regionda sabitliyə, inkişafa bir zərbədir. Bu heç də Azərbaycanın xeyrinə deyil. Çünki Ermənistan istisna olmaqla ölkəmizi bu dövlətlərlə mehriban qonşuluq, sülh, iqtisadi-siyasi əməkdaşlıq əlaqələri birləşdirir. Məhz buna görə də ölkə rəhbəri cənab İlham Əliyev xalqımızın və dövlətimizin mənafeyi naminə Cənubi Qafqazda əminamanlığın, sabitliyin qorunub saxlanılmasına böyük önəm verir və qonşu respublikalarla əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, qaz, neft, nəqliyyat sisteminin fəaliyyətinin səmərəli təmin olunmasında başlıca amil olan sabitlik, mehriban qonşuluq Azərbaycan dövlətinin siyasi xəttinin başlıca istiqamətidir. Əlbəttə ki, bu nəinki cənubi Qafqaz xalqları, eləcə də dünya ictimaiyyəti üçün əhəmiyyətlidir. Azərbaycan dövlətinin xarici müdaxilələrdən əziyyət çəkməsinə, torpaqlarının bir hissəsinin işğal olunmasına, Ermənistanla müharibə şəraitində yaşamasına baxmayaraq yenə də sülhün, əminamanlığın, dialoqun, qonşuluq münasibətlərinin möhkəmlənməsinə tərəfdardır. Yürüdülən sistemli siyasi xətt, respublikamızda keçirilən bir çox beynəlxalq səviyyəli hümanitar tədbirlər bunun əyani ifadəsidir və ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik bizim ən böyük nailiyyətimizdir. Bu sabitliyi qoruyub saxlamaq ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması və ölkənin beynəlxalq nüfuzunun yüksədilməsi üçün çox vacibdir. Azərbaycan dövləti münaqişələrin baş verməməsi üçün hətta həmin ölkələr arasında vasitəçilik missiyasını belə öz üzərinə götürməyə hazırdır. Rusiya ilə Türkiyə arasında yaranmış narazılıqlar zamanı göstərilən səmərəli təşəbbüslər buna əyani nümunədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə