"Cari ilin fevralın 11-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən Gülüstan sarayında təşkil olunan ziyafəti baykot edirəm. Fürsətdən istifadə edərək bütün deputat həmkarlarımı, jurnalistləri, eləcə də ictimai-siyasi təşkilatların rəhbərlərini həmin tədbirə qatılmamağa çağırıram". SİA-nın məlumatına görə, bu bəyanatla millət vəkili Etibar Hüseynov bu gün keçirdiyi brifinq zamanı çıxış edib.
İranın son dövrlər ölkəmizin daxili işlərinə qarışması məsələsinə toxunan millət vəkili bildirib ki, İrandakı mollalar hicab məsələsi ilə bağlı bəyanatlar səsləndiməklə Azərbaycanda hicabın qadağan olması görüntüsü yaratmağa çalışırdılar.
Daha sonra İranın "Səhər" kanalı vasitəsilə ölkəmizə qarşı aparılan anti-təbliğat məsələsini də xatırladan E. Hüseynov bildirib ki, bir tərəfdən İran dövləti guya Fələstinə azadlıq istəyir, digər tərəfdən isə öz qonşusu olan Azərbaycanın ərazisini işğal etmiş terrorist dövləti himayə etməkdə davam edir: "Bütün bunların yekunu olaraq bu yaxınlarda İranın rəsmi dairələri elan etdilər ki, İrandan Ermənistana qaz kəməri çəkilir. Bildiyiniz kimi, İran dövləti indiyə qədər Ermənistanla müştərək bir sıra körpülər, dəmiryolu xətləri çəkibdir və indi də qaz kəməri çəkməklə işğalçı Ermənistan üçün nəfəslik rolunu oyanamaqda davam edir. Uzun illərdir ki, İran dövləti ikiüzlü siyasətini davam edir. İran dövlətinin alnında Şuşa damğası var. 1992-ci ilin mayında İran prezidentinin vasitəçiliyi ilə Tehranda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüş vaxtı düşmən ölkə Şuşanı işğal edib. Həmin vaxtda İranın tam ixtiyarı var idi ki, Ermənistanla siyasi-iqtisadi əlaqələrini kəssin, ona müharibə elan etsin. Lakin İran heç bir addım atmadı. Bunu qabaqcadan planlaşdırılan bir oyun olduğu ortaya çıxdı. İndiki bir vaxtda İran dövləti bu damğanı öz alnından silmək əvəzinə ölkəmizin daxili işlərinə qarışır, işğalçı və terrorçu dövləti dəstəkləməkdə davam edir.
İran İslam Konfransı Təşkilatının üzvüdür və bu təşkilatda 50-dən artıq dövlət birləşib. Onların hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, işğalçı Ermənistanla hər hansı bir əlaqələri pisləyir. İran yeganə islam dövlətidir ki, Ermənistanla hər bir siyasi- iqtisadi əlaqələr qurmaqda və inkişaf etdirməkdə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB