Gəncənin strateji obyektlərində niyə müşahidə kameraları yoxdur? -Araşdırma
Bu gün təhlükəsizlik baxımından müşahidə kameraları xüsusi rol oynayır. Xüsusilə strateji obyektlərin mühafizəsində, əhalinin sıx olduğu ərazilərdə bu qurğuların üstünlüyü danılmazdır. Elə biz də sadalanan vacib amilləri nəzərə alaraq ölkənin ikinci böyük şəhərində vəziyyəti araşdırdıq.
Məlum oldu ki, hazırda müasir təhlükəsizlik və müşahidə sistemleri elə də ciddi qəbul edilmir. Bəzi müəssisələr istisna olmaqla, əsas strateji obyektlərdə təhlükəsizlik kameraları yoxdur.
Misal üçün paytaxtla yanaşı, Rusiyanın müxtəlif şəhərlərinə sərnişin və yük daşıyan qatarlarda, hətta Dəmir Yolu Vağzalında müşahidə kameraları quraşdırılmayıb. Nəzərə alaq ki, hər gün Gəncə Dəmir Yolu Vağzalının xidmətlərindən ən azı 100 sərnişin istifadə edir.
"Kameraların qoyulub-qoyulmaması barədə rəhbərlik tərəfindən bizə göstəriş verilməyib. Tapşırıq olsa kameralar quraşdırılacaq", vağzalın rəisi Zahid Xəlilov bildirib.
Analoji vəziyyət Gəncənin mərkəzi avtovağzalında da hökm sürür. Burada nə təhlükəsizliyin təminatından, nə də təhlükəsizliyə xidmət edən kameraların quraşdırılmasından söhbət gedə bilməz. Avtovağzalın rəisi Namiq Məmmədov bildirib ki, avtovağzalın köçürülməsinə hazırlıq getdiyindən yenidənqurma tədbirləri başda olmaqla, kameraların quraşdırılmasıda gündəmdə deyil.
Qeyd edək ki, əhalinın sıx olduğu Gəncənin mərkəzi bazarında və ali təhsil ocaqlarının binalarında da müşahidə kameraları quraşdırılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB