Misirdən Türkiyəyə sərt bəyanat: “Daxili işimizə qarışmayın”

Misirdən Türkiyəyə sərt bəyanat: “Daxili işimizə qarışmayın”

Misirin Xarici İşlər Nazirliyi Erdoğana ölkəsinin daxili işinə müdaxilə etməməyə çağırıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Misirin Türkiyədəki səfiri Abdurrəhman Səlahiddinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü zamanı ona verdiyi məktubda qeyd olunub. Xəbərə görə, həmin məktubu Misirin XİN-i göndərib.

 

Məktubda rəsmi Ankaraya Misirin daxili işinə qarşımamaq barəsində xəbərdarlıq edilib. Türkiyə KİV-si isə bu məktubun Erdoğanın Hüsnü Mübarəkin istefası ilə bağlı verdiyi açıqlamasına cavab olaraq göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə