Əli Kərimli Elçibəy ailəsinə başsağlığı vermədi! FAKT!

Əli Kərimli Elçibəy ailəsinə başsağlığı vermədi! FAKT!

AXCP sədrinin tərbiyəsizliyi buna imkan vermir

Azərbaycanın eks-prezidenti, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın Türkiyədə vəfat etməsi ilə bağlı xəbər yayılıb. SİA-nın məlumatına görə, bu barədə AXP sədri Pənah Hüseyn deyib. "Çox ağır xəbər aldım. Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin", deyə o bildirib.

Elçibəyin yaxınlarının mətbuata verdikləri məlumata görə, mərhum Həlimə Əliyeva İstanbulda yaşayan qızı gildə qonaq qalırdı və o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, xəbər bir müddətdir yayılsa da, hər bir kiçik hadisəyə sosial şəbəkə vasitəsi ilə dərhal reaksiya verən, onları şəxsi mənafeyi üçün siyasiləşdirib-şişirdən, avantüra xarakterli rəylər yazan AXCP sədri Əli Kərimli Əbülfəz Elçibəyin həyat yoldaşının vəfatı ilə bağlı adi başsağlığı belə verməyib. Bu isə bir daha qənaətə gəlməyə zəmin yaradır ki, mitinqlərində və toplantılarında Əbülfəz Elçibəyin portretini başı üzərindən asan Əli Kərimli hər zaman "liderim" dediyi şəxsə və ailəsinə qarşı antipatiya hissləri bəsləyib.

Xatırladaq ki, Əli Kərimli Əbülfəz Elçibəyin həyatına sui-qəsddə də günahlandırılır və bu barədə ölkə müxalifətinin bir sıra tanınmış siyasətçiləri də dəfələrlə fikirlər səsləndiriblər. Hətta Elçibəyin qardaşı Almurad Əliyev "Qardaşımı öldürənlər hələ də azadlıqda gəzirlər" deyərək, Əli Kərimlinin bu məsələdə əlinin olduğunu bildirimişdi.

Görünür, mərhum Elçibəyin ailəsində baş vermiş itki Əli Kərimlinin marağında deyil və onun tərbiyəsizliyi adi başsağlığı yazmağa belə imkan vermir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə