Ermənistanda hadisələrin eskalasiyası xofu

Ermənistanda hadisələrin eskalasiyası xofu

Bazar günü axşam Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyanın öz səhifəsində Ermənistan müdafiə naziri David Tonoyanın hərbçiləri mükafatlandırması barədə qeydlərindən sonra Azərbaycan Daxili İşlər Nazirliyi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü öncəsi Ermənistan tərəfinin Azərbaycanı hadisələrin eskalasiyasına təhrik etdiyini bəyan edir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus lragir.am saytında yayımlanan informasiyada qeyd olunub.

Sözügedən saytda o da qeyd olunub ki, Azərbaycan tərəfi faktiki olaraq hər iki ölkənin xarici işlər nazirlərinin yaxın zamanda reallaşacaq görüşünü də anons edib.

Görünür, Ermənistan tərəfi buraxdığı səhvlərin nəticə etibarı ilə hadisələrin eskalasiyasına gətirib çıxaracağından çox qorxur və indi ermənilər hadisələrin eskalasiyası xofu yaşayırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə