Ermənistan parlamentində 2016 –cı il aprel döyüşləri ilə əlaqədar yaradılan komissiya artıq öz işinə başlayıb və bu baxımdan da bir sıra məqamlar ortaya çıxıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, komissiya öz işinə başladığı andan dərhal sonar müxtəlif suallar ortaya çıxıb. Komissiya hanı sualların prioritet olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.
Məlumatda deyilir ki, komissiyanın sədri Andranik Koçaryan itirilmiş ərazilərin itirilmə səbəblərinin daha dərindən öyrənməli olduğunu bildirib. Hətta hesabatlar hazırlanmasının vacibliyinə də toxunub. O, qeyd edib ki, ola bilsin bu hesabatlar cinayət axtarışı üçün səbəb də ola bilər.
Baş nazir Nİkol Paşinyan isə bəyan edib ki, məqsəd kimisə cəzalandırmaq deyil. Məqsəd, ən böyük problemin, bu halın analoji olaraq təkrarlanması probleminin qarşısını almaqdır.
Bəlli olur ki, ermənilər aprel döyüşlərinin təkrarlanmasından qorxurlar. Əbəs yerə deyil ki, erməni baş nazir artıq ilkin nəticələrə görə bunun bir daha təkrarlanmayacağına kiminsə zəmanət verə bilməyəcəyini nəzərə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB