Ədliyyə naziri vətəndaşları qəbul edəcək ANONS

Ədliyyə naziri vətəndaşları qəbul edəcək ANONS

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov iyunun 14-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək. SİA-nın verdiyi məlumata görə, eyni zamanda, Ədliyyə nazirinin müavini Vilayət Zahirov iyunun 12-də Samuxda, Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənov isə iyunun 13-də Göygöl rayonunda vətəndaşları qəbul edəcəklər.

Qəbullara vətəndaşlar Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin bölgələrdə keçiriləcək qəbullarına elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə