"ABŞ və Rusiya münasibətləri normallaşdırmaq yolundadır" ÖZƏL-ŞƏRH
"ABŞ və Rusiya münasibətləri normallaşdırmaq yolundadır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, D.Tramp təşəbbüs göstərərək V.Putinə zəng etdi, bir müddət sonra Finlandiyada RF Xİ naziri S.Lavrov və ABŞ Dövlət Katibi M.Pompeo görüşdülər: "Az sonra M.Pompeo Soçiyə gələrək həmkarı S.Lavrov və RF prezidenti V.Putinlə görüşdü. Həm Kremlin, həm də Ağ Evin yaydığı məlumatlarda fərqli məqamlardan daha çox üst-üstə düşən məqam var. İki faza danışıqların mahiyyətinin vacibliyini açıqlayır. S.Lavrov bildirdi ki, hətta mübahisəli məsələlərlə də bağlı danışıqlar açıq idi. M.Pompeo: Bizim maraqlarımız tamam fərqlidir, amma maraqlarımızın üst-üstə düşdüyü məsələlər üzərində real tərəqqi əldə etməyin yolunu tapmaq üçün arzular var. Buna bənzər fikri S.Lavrov da bildirdi: Nəzakət xatirinə ABŞ-ın tələblərini qəbul etməyəcəyik.
V.Putin M.Pompeonu qəbul edərkən ümumi ABŞ-la münasibətləri normallaşdırmağa hazır olduğunu bildirdi. M.Pompeonu V.Putin qəbul etdikdən sonra V.Putinin ABŞ-a səfəri və yaxud Tramp-Putin görüşü mövzusunu yenidən aktuallaşdırdı.
İki ölkə münasibətləri normallaşdırmaq yolundadır. Amma start halında vəziyyət kifayət qədər mürəkkəbdir. Ən azı bu dövrdə ABŞ yalnız Rusiyaya qarşı bir istiqamətdə hərəkət edibsə, Rusiya mövqeyini xeyli gücləndirib. Suriya, Yaxın Şərq regionlarında maraqlarını gücləndirmək bir tərəfə, artıq Rusiyanın qoşunları Venesueladadır. Eləcə də Rusiya Konqoya da hərbi mütəxəssislər göndərdi. Venesuela ABŞ üçün geosiyasi planda həyati vacib ölkələrdən biridir. Bu anlamda Rusiya-ABŞ münasibətlərinin normallaşacağına ümid etmək olar. Çünki ABŞ-ın Rusiyaya təzyiqləri əks-effekt yaratdı, Rusiya xeyli gücləndi. ABŞ-ın dialoqa can atmasının əsas səbəbi Rusiyanın ABŞ-ın geosiyasi həyati vacib regionlarına daxil olmasıdır. İki ölkə arasında normallaşma ilə əlaqəli addımlar qəbul edildi.
ABŞ-Rusiya məsələlərində ən ciddi müzakirə olunan Venesuela, Maduronun taleyi, Suriya, İran məsələləri idi. Dünyanın digər regionlarındakı vəziyyət də müzakirə edildi. ABŞ-ın Əfqanıstan siyasəti Rusiyanı narahat edir. Rusiyanın fikrincə, Suriyada və İraqda İŞİD-çiləri ABŞ Əfqanıstana toplayır ki, oradan da Mərkəzi Asiya regionuna ötürsün. ABŞ-la danışıqların aktivləşməsi fonunda S.Lavrov Əfqanıstandan xarici qoşunların tamamilə çıxarılmasına çağırış etdi. Rusiya inanır ki, Əfqanıstandakı münaqişə hərbi həllə malik deyil. Tənzimlənmənin yeganə yolu siyasi-diplomatik vasitələrlə sülhün əldə olunmasıdır. RF-in maraqlarına cavab verən çağırışdır, çünki Rusiyanın Əfqanıstanda qoşunları yoxdur, ABŞ-ın və NATO egidası altında 10-dan artıq dövlətin qoşunları qoşunları mövcuddur, qeyri-formal olaraq İranın da Əfqanıstanda hərbi iştirakı var. Rusiyanın Əfqanıstandakı səfirliyinin mətbuat attaşesi Nikita İşenko keçmiş talibançılarla birlikdə şəklini yerləşdirdi, talibançılar “Georgi lenti” taxmışdılar.
Rusiya digər geosiyasi maraqlarının ödənilməsində uğur əldə edib. Rusiya Azərbaycan və Türkiyə ilə birlikdə Ankarada Bakı-Tbilisi-Qars dəmir yoluna Rusiyanın qoşulmasını razılaşdırdı. Geosiyasi baxımdan bu 1520 mm-lik dəmir yolunun Türkiyənin ərazisinə daxil olması anlamındadır. Eləcə də 1520 mm-lik dəmir yolu Avropanın mərkəzinə də irəliyə bilər. Koşitsadan Vyanaya qədər olan yolu Rusiya çəkmək istəyir. Bu böyük “İpək Yolu” marşrutunun bir tərkib hissəsi kimi qəbul edilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB