"Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi" ÖZƏL-ŞƏRH
“Bu gün Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Hesab edirəm ki, biz bu kimi məsələlərdə əvvəlcə Fransanın son 300 ildə ermənilərlə bağlı münasibətinə nəzər salmalıyıq. Bu tarixdir və faktlardır. Bütün faktlar sübut edir ki, Fransa həqiqətən də ermənilər üçün ikinci ana vətəndir və Fransa hər zaman erməniləri bütün istiqamətlərdə müdafiə edib. Təbii ki, o siyasəti bu gün də davam etdirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
“Biz I Dünya Müharibəsi dövrünə nəzər salaq. Ermənilər qondarma erməni soyqırımına görə, Türkiyəni ittiham edirlər və Türkiyədən təzminat tələb edirlər. Ancaq ermənilər düzgün fikirləşsələr, I Dünya Müharibəsində baş verən hadisələrə görə bütün erməni xalqı Fransanı ittiham etməlidir və bu ölkədən təzminat tələb etməlidir. Nə üçün? Ona görə ki, Fransa erməniləri təlimatlandırdı, aldatdı və Türkiyə daxilində üsyan qaldırdı və Fransa qoşunlarının tərkibində erməni legionları yaradıldı ki, guya onlara Türkiyə ərazisində “erməni dövləti” yaradacaqlar. Ona görə də ermənilər bu gün bütün baş verənləri Fransadan tələb etməlidirlər. Vaxtaşırı Fransa prezidentləri, parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı qanun və həqiqətə uyğun olmayan qərarlar qəbul edir. Fransada olan ermənilər fikirləşirlər ki, işğal olunan torpaqlar Ermənistana birləşdiriləcək və bu ərazilər böyüdüləcək”, -deyə, deputat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB