Çarukyan da 1 marta görə ifadə verdi SAATLARLA

Çarukyan da 1 marta görə ifadə verdi SAATLARLA

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Çarukyan bir neçə saat şəxsi mühafizə xidmətinin 1 mart 2008-ci il hadisələrindəki iştirakı ilə bağlı Xüsusi İstintaq Xidmətində ifadə verib. SİA xəbər verir ki, bu barədə “Jamanak” yazır. Qeyd olunur ki, Q.Çarukyan dəfələrlə özünün və mühafizə xidmətinin 1 mart hadisələrində iştirak etməməsi ilə bağlı fikirlər səsləndirsə də, bir sıra siyasətçilər onun yalan danışdığını hesab edirlər.

Nəşr öz mənbələrinə istinad edərək yazır ki, sorğu-sual bir neçə saat davam edib və iştirakla yanaşı, həmin hadisələr günündə onun nə qədər maliyyə vəsaiti xərcləməsi barədə də soruşulub.

İstintaq Xidmətinin mətbuat katibi Marina Oqancanyan isə əldə olan məlumatları şərh etməyib. O, xatırladıb ki, təmsil etdiyi xidmət sözügedən məsələ ilə bağlı iş çərçivəsində hər hansı informasiyaya təqdim etməyəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə